Zəhmət olmasa diqqətlə oxuyun

1

Qeydiyyatdan keçərkən Adınız, Soyadınız, Şəxsiyyət vəsiqəsinin seriya nömrəsi, yaşadığınız ünvan, çatdırılma ünvanı və Əlaqə nömrəsi düzgün yazdığınıza əmin olun..

GİDROMAŞSERVİS QSC

ZƏMANƏT TALONU

ZƏMANƏT TALONU YALNIZ MƏMULATIN TEXNİKİ PASPORTU (SERVİS SERTİFİKATI) TƏQDİM EDİLDİKDƏ ETİBARLI SAYILIR.

ZƏMANƏT XİDMƏTİNİN ŞƏRTLƏRİ

* Məmulatın şəxsi, ailə, məişət məqsədləri üçün istifadə edildiyi halda istehsalçı 1 (bir) il zəmanət müddəti müəyyən edir.

* Məmulatdan sənayedə, ofislərdə, sahibkarlıq məqsədləri üçün, xidmət müəssisələrində, ümumi istifadə, ictimai qidalanma, səhiyyə, maarifləndirmə yerlərində və s. istifadə olunduğu halda istehsalçı 3(üç) ay zəmanət müddəti müəyyən edir.

* Təmir xidməti sifariş qəbul edildiyi gündən hesablanaraq mümkün qədər tez lakin, qanunvericilikdə nəzərdə tutulmuş 14 iş günündən gec olmayaraq həyata keçirilməlidir.

*Bütün növ zəmanət təmiri xidmətləri yalnız müvafiq görülmüş şəxslər tərəfindən həyata keçirilməlidir, əks halda, kənar şəxslərin fəaliyyəti nəticəsində yaranan nasazlıqların aradan qaldırılması üçün istehlakçı zəmanət xidmətindən məhrum olur.

*Elektrik cərəyanının dəyişməsi və istehsalçıdan (satıcıdan) asılı olmayan başqa səbəblər nəticəsində yaranan nasazlıqlar zamanı, ehtiyyat hissələrinin xərci nəzərə alınmaqla təmir xidməti alıcı tərəfindən həyata keçirilir (ödənilir).

*Meydana çıxan nasazlıqların aradan qaldırılması qanunla müəyyən edilmiş qaydada mümkün olmadıqda, malın dəyişdirilməsi və ya geri qaytarılması məsələsinə baxılır.

*Zəmanət talonu, texniki pasport (servis sertifikatı) itirildikdə və ya yararsız hala düşdükdə dərhal sənədlərin bərpası üçün istehsalçıya (satıcıya) müraciət etməlidir.

*Sənədlərin bərpası ödənişlidir.

Malı şəbəkəyə qoşmamışdan əvvəl istifadə etmə qaydaları ilə tanış olun. Əgər nasazlıq alıcının günahı nəticəsində əmələ gəlmişdirsə (düzgün istifadə edilməməsi, ehtiyyatsız yerdəyişilməsi, saxlanılması və s.) onda istehsalçı (satıcı) heç bir məsuliyyət daşımır.

*Zəmanət talonunun düzgün doldurulub alıcıya təqdim edilməsinə görə satış məntəqəsi məsuliyyət daşıyır.


Compare