Ronni Electronics 23.04.2010 -cu il 40-2010 və 22.12.2016 -cı il 44 nömrəli müqavilələrə əsasən “Whirlpool” brendinin Azərbaycanda yeganə rəsmi distribüteridir. Ronni Electronics “Whirlpool” Korporasiyasının istehsal etdiyi “Whirlpool” , “İndesit” və “Hotpoint” brendlərinin Azərbaycanda satışını təşkil edir. Həmin brendlərin soyuducu, paltaryuyan maşın, qaz peçi , qabyuyan maşın, kondisionerlərini və kiçik məişət texnikasını Azərbaycan bazarına gətirən yeganə ticarət təşkilatı “Ronni Electronics”- dir. “Ronni Electronics”- in Bakı şəhəri daxilində 10 mağazası mövcuddur və Azərbaycan üzrə 300-dən çox diler mağazalarına topdan satış prosesini həyata keçirdir. Azərbaycanda “Whirlpool” , “İndesit” və “Hotpoint” brendlərinin rəsmi qaydada təmirini təşkil edən yeganə Servis mərkəzi Bakıda Ronni Electronicsin nəzdində yaradılmışdır. Servis mərkəzinin nəzdində Azərbaycanın regionlarında 30- dan çox servis məntəqəsi fəaliyyət göstərir. Ronni Electronics eyni zamanda “Snaige” , “Nord” , “Gefest” , “Orsk”, “Saratov” brendlərinin Azərbaycanda rəsmi dileridir və saytda mövcud olan bütün malların topdan satışını sizə Azərbaycandakı ən ucuz qiymətlə təklif edir.